"Qalatasaray" "Leypsiq"in müdafiəçisi El-Şadayi Bitşiabunu heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "sarı-qırmızılılar" 21 yaşlı fransalı mərkəz müdafiəçisini satınalma seçimi ilə birlikdə 2026/2027 mövsümünün sonuna qədər kiralayıb.
Müqaviləyə əsasən, klub "Leypsiq"ə 2 milyon avro icarə haqqı ödəyəcək. Gənc müdafiəçinin müqaviləsində 28 milyon avroluq satınalma bəndi yer alıb və bu seçim tamamilə İstanbul klubunun istəyinə bağlıdır.
Futbolçunun özünə isə 2026/2027 mövsümü üçün 2 milyon avro sabit maaş veriləcək.
PSJ akademiyasının yetirməsi olan Bitşiabu daha əvvəl Paris təmsilçisinin əsas komandasında da çıxış edib. O, Almaniya klubunun heyətində ümumilikdə 48 rəsmi matçda meydana çıxıb.













