Serbiya millisi Millətlər Liqasında Yunanıstan (1:2) və Niderland (1:2) ilə oyunlarda azarkeşlərin irqçi və diskriminativ davranışı səbəbindən UEFA tərəfindən bir sıra sanksiyalara məruz qalıb.
Matc.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, serblər növbəti ev oyununu qapalı qapılar arxasında, azarkeşsiz keçirəcəklər. Həmçinin Serbiya Futbol Assosiasiyası 50 000 avro məbləğində cərimələnib.
Bundan əlavə, azarkeşlərin davranışına görə Serbiya futbol qurumu qeyri-idman xarakterli mesajların yayılmasına görə 22 500 avro, pirotexnikadan istifadəyə görə 2000 avro və oyun zamanı meydana daxil olmaya görə 15 000 avro cərimə alıb.
Niderlanda qarşı keçirilən səfər matçı (1:2) ilə bağlı ayrıca işin nəticələrinə əsasən, Serbiya Futbol Assosiasiyası azarkeşlərin irqçi hərəkətlərinə və qeyri-idman xarakterli mesajların yayılmasına görə iki dəfə 20 min avro məbləğində cərimələnib.
Həmçinin UEFA komandanın bir səfər oyununa bilet satışına 2 illik sınaq müddəti ilə şərti qadağa qoyub.
Qeyd edək ki, Serbiya A divizionunda Millətlər Liqasının ilk dörd oyununda məğlub olublar. Komanda turnir cədvəlində 0 xalla sonuncu yerdə qərarlaşıb.













