UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Slaviya" oyununu avstriyalı hakimlər briqadası idarə edəcək.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmanın baş hakimi FIFA referisi Sebastian Qishamer olacaq və ona yan xətlərdə həmyerliləri Roland Ridel ilə Santino Şrayner kömək edəcəklər.

Görüşün dördüncü hakimi funksiyasını Valter Altmann yerinə yetirəcək, VAR-da Alan Kiyas, AVAR-da isə Josef Spurni əyləşəcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma oktyabrın 13-də, saat 20:45-də start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest