46 yaşlı futbolçu İtaliya Serie C-nin 14-cü turunda “Forli” ilə qarşılaşmada “Ravenna”nın heyətində meydana çıxıb. Komandasının 2:0 hesablı qələbəsi ilə başa çatan görüş Ronaldinyonun uzun fasilədən sonra rəsmi matçda iştirakı ilə əlamətdar olub.

“Yenidən rəsmi oyunda iştirak etdiyim üçün çox xoşbəxtəm. Bir neçə illik fasilədən sonra geri qayıtmağın vaxtı çatmışdı. Zarafat bir yana, dolu stadionda, komanda yoldaşlarımın əhatəsində belə gözəl gün keçirmək inanılmaz idi. Şübhəsiz ki, bu, həyatımın xüsusi anlarından biridir”. Matc.az xəbər verir ki, bunu Braziliya yığmasının sabiq hücumçusu Ronaldinyo deyib.

46 yaşlı futbolçu İtaliya Serie C-nin 14-cü turunda “Forli” ilə qarşılaşmada “Ravenna”nın heyətində meydana çıxıb. Komandasının 2:0 hesablı qələbəsi ilə başa çatan görüş Ronaldinyonun uzun fasilədən sonra rəsmi matçda iştirakı ilə əlamətdar olub.

O, 11 illik fasilədən sonra iştirak etdiyi ilk rəsmi oyundan təəssüratlarını bölüşüb. Sosial şəbəkə hesabında paylaşım edən əfsanəvi futbolçu komandaya və azarkeşlərə göstərdikləri səmimi münasibətə görə təşəkkürünü bildirib: “Hamınız bilirsiniz ki, özümü sınamağı, heç kimin və ya demək olar ki, heç kimin etmədiyi yeni şeyləri sınaqdan keçirməyi nə qədər sevirəm. Adrenalin, meydanın qoxusu və topu ayağımın altında hiss etmək – bütün bunlar mənim üçün həmişə xüsusi olub.

Bu xəyalın gerçəkləşməsinə inandıqları üçün dostlarım Lorenso, İqnacio və Cüzeppe Çiprianinin, eləcə də “Ravenna”nın bütün heyətinin hər bir üzvünə təşəkkür edirəm. İtaliyada və bütün dünyada uğur qazanmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik. Əminəm ki, doğru yoldayıq.

Unudulmaz axşam üçün bütün azarkeşlərə minnətdaram! Xüsusilə də məni dəstəkləmək və yüksəliş uğrunda mübarizəmizdə komandamıza azarkeşlik etmək üçün uzaq məsafələrdən gələnlərə təşəkkür edirəm. Tezliklə görüşərik, ailəm!”

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest