“Düşünürəm ki, Messi hətta 2030-cu ildən sonra da futbolçu karyerasını davam etdirəcək"
“2030-cu ilə qədər Messinin məşqçilər heyətimizə qoşulması?” Matc.az xəbər verir ki, bunu Argentina millisinin baş məşqçisi Lionel Skaloni deyib.
O, əfsanəvi futbolçu Lionel Messinin gələcəkdə yığmanın məşqçilər heyətində yer alması ehtimalına münasibət bildirib. Müqaviləsini 2030-cu ilə qədər uzadan mütəxəssis “Motivaciones Futbol” nəşrinə açıqlamasında bu məsələyə toxunub: “Düşünürəm ki, Messi hətta 2030-cu ildən sonra da futbolçu karyerasını davam etdirəcək. Ancaq hazırda Valter Samuel komandadan ayrılıb. Messi istənilən vaxt bizə qoşula bilər. Onu komandamızda görməkdən məmnun olarıq”.
Qeyd edək ki, oktyabrın 7-də 39 yaşlı Lionel Messi Argentina millisinin heyətində vida matçına çıxıb. Benin yığmasına qarşı keçirilən və Argentinanın 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdə ulduz futbolçu bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.













