“Xoşuma gəlməyən bəzi məqamlar var. “Real” istənilən futbolçudan daha vacibdi”. Matc.az xəbər verir ki, bunu “Real”ın sabiq hücumçusu Davor Şuker deyib. 
 
O, Madrid klubunun futbolçusu Vinisius Junior ətrafında yaranan mübahisələrə münasibət bildirib. 
 
Keçmiş futbolçu braziliyalının davranışları ilə bağlı bəzi məqamları bəyənmədiyini gizlətməyib.  
 
Vinisiusun tez-tez müzakirələrə səbəb olan hadisələrin iştirakçısına çevrilməsi ilə bağlı sualı cavablandıran Şuker belə deyib:
 
“Yaxşısı budur, hələlik bu barədə danışmayım. Müsahibənin ab-havasını pozmaq istəmirəm. Bu mövzunu başqa vaxta saxlayaq. Vinisiusa uğurlar arzulayıram və ümid edirəm ki, o, “Real”da mühüm rol oynamağa davam edəcək”.
 
Qeyd edək ki, Davor Şuker 1996-1999-cu illərdə “Real”ın formasını geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest