“Hamı tamamilə çaşqın vəziyyətdə idi. Sanki meydanda kartof çuvalları var idi. Oyunda heç bir çeviklik, top uğrunda mübarizə aparmaq istəyi yox idi”.  Matc.az xəbər verir ki, Niderland millisinin sabiq futbolçusu Rafael van der Vaart deyib. 
 
Komandasının Almaniyaya 0:5 hesablı məğlubiyyətini sərt tənqid edən mütəxəssis yığmanın xüsusilə ikinci hissədəki çıxışından narazı qaldığını bildirib. O, komandanın oyununda fədakarlıq və mübarizə əzminin çatışmadığını vurğulayıb:
 
“Bəzən rəqib sizə təzyiq göstərir, amma bu zaman öz futbolçularınızın meydanda necə hərəkət etdiyinə də baxmalısınız. İşlər plan üzrə gedəndə bu komanda kifayət qədər yaxşı görünür. Lakin hər şey meydanda tam fədakarlıq göstərməkdən başlayır”.
 
Onun fikrincə, hazırda millidə dünya səviyyəli futbolçular yoxdur: “Xüsusilə Vircil van Deyk və Frenki de Yonq heyətdə olmayanda bunu daha çox hiss edirik. Hazırda Frenki komandada yoxdur, amma ümumilikdə heyət yaxşı futbolçulardan ibarətdir. Buna baxmayaraq, onların sadəcə topun arxasınca qaçdığını görmək həqiqətən acınacaqlı idi. Əgər cümə günü keçirilən oyun onların ən yaxşı çıxışı idisə, bu qarşılaşmanın ikinci hissəsi, yəqin ki, ən pis oyunları idi”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest