Qazaxıstan Premyer Liqasında IX turun oyunları keçirilir. Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" səfər görüşünə çıxıb. Kostanay təmsilçisi Almatıda "Kayrat"ın qonağı olub.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Qəbələdədi. Çalışdırıcı köməkçisi Vladimir Kozulla birlikdə akademiyanın qonağı olub. Qonaqlar bölgə təmsilçisinin U-17 komandasının səhər məşqini izləyib.
"Bavariya"nın futbolçuları Aryen Robben və Frank Riberinin taleyinə rəsmən aydınlıq gəlib. Münhen təmsilçisi hər iki oyunçunun mövsümün sonunda yola salınacağını bəyan edib.
Sabah Topaz Premyer Liqasında XXVII turun oyunları keçiriləcək. "Qəbələ" mövsümdə son ev oyununa çıxacaq. "Qırmızı-qaralar" Qəbələ şəhər stadionunda "Neftçi"ni qəbul edəcək. Komanda 49-cu dəfə paytaxt təmsilçisi ilə üz-üzə gələcək.
Son 3 turdan ikisində qələbə qazana bilməyən və 5 xal itirərək çempionluq şansını əldən verən "Neftçi" günahkar axtarışına çıxıb. Uğursuzluğa görə özlərini sığortalamaq istəyən rəhbərlik və məşqçilər korpusu artıq "günah keçisi" tapıb.
Azərbaycan kubokunun final görüşünün püşkatma mərasimi keçirilib. Püşkatmadan sonra "Qəbələ" meydan sahibi elan olunub. Püşkatmada "Sumqayıt"ı idman direktoru Zamiq Hüseynov, "Qəbələ"ni isə klubun meneceri Səbuhi Səfiyarlı təmsil edib.
"Real" bir müddət əvvəl razılıq əldə etdiyi Eden Azarın keçidini bu ay açıqlamağı planlaşdırır. İspanlar Premyer Liqada mövsüm başa çatan kimi, Belçika millisinin üzvünə formanı geyindirmək niyyətindədi.
Domen sahibinin adı: Əsgərov İxtiyar Kamal oğlu VÖEN: 7302144052 Tel: +994 50 286 01 35, +994 70 286 01 35 E-mail: ixtiyar1973@gmail.com Ünvan: Səbail rayonu, Yeni Salyan Şossesi, 22. Məsul redaktorun adı soyadı: Əsgərov İxtiyar Kamal oğlu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.