"Portu"nun futbolçusu Tiaqo Silva Avropa Liqasında yeni rekord müəyyənləşdirib.

Matc.az xəbər verir ki, braziliyalı müdafiəçi 1/8 final mərhələsinin "Ştutqart"la ilk oyununda (2:1) buna nail olub.

Silva turnirdə debüt edən ən yaxşı oyunçu kimi tarixə düşüb. Təcrübəli mərkəz müdafiəçisi 41 yaş 171 günlüyündə Avroliqada ilk oyununa çıxıb.

Əvvəlki rekord "Atletik"in hücumçusu Arits Adurisə məxsus idi. O, turnirdə 40 yaş 245 günlüyündə debüt etmişdi.

Qeyd edək ki, Tiaqo Silva bu ilin yanvarından "Portu"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest