Kris Kuaku "Qarabağ"dan ayrılıb.

Matc.az xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi karyerasını Norveçdə davam etdirəcək. Bu barədə "sa.no" saytı məlumat yayıb.

Kuaku "Sarpsborq"la anlaşıb. 26 yaşlı futbolçu bu gün yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Kris Kuaku mövsümün əvvəlində "Qarabağ"a qoşulmuşdu. Yarımmüdafiəçi komandanın heyətində keçirdiyi 19 oyunda 11 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest