13 Mart 2026, 13:57
FUTBOL
"Barselona" icarə əsasında "Hamburq"da çıxış edən Luka Vuskoviçi transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Xorvatiyalı futbolçu Kataloniya təmsilçisinin müdafiə xəttini gücləndirmək üçün əsas namizədidir. La Liqa nəhənginin müqavilə ilə "Tootenhem"ə məxsus olan 19 yaşlı mərkəz müdafiəçisini 40 milyon avro qarşılığında transfer edəcəyi bildirilir.
Qeyd edək ki, Luka Vuskoviç mövsümün əvvəlindən "Hamburq"da çıxış edir. Gənc oyunçu Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 24 matçda 5 qol vurub, 1 qol ötürməsi edib.












