Azərbaycan qran-pridə ilk medalını qazandı
Portuqaliyanın Almada şəhərində keçirilən qran-pri turnirinin ikinci günündə Azərbaycanın bir cüdoçusu medal qazanıb. Matc.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev yarışı gümüş medalla başa vurub.

























