40-cı dəqiqədə isə "Sevilya" penalti qazanıb. İvan Rakitiç bu şansdan maksimum yarlarlanıb və hesabı 1:1 edib. Yeri gəlmişkən, Rakitiçin bu qolu da əlamətdar olub. Belə ki, xorvatiyalı futbolçu "Sevilya"nın avrokuboklardakı 100-cü qolunun müəllifinə çevrilib.
Komandalar arasında Xorvatiyada baş tutan ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyununda minimal hesabla uduzan Polşa çempionu mübarizəni dayandırıb. Matça start heyətdə başlayan Mahir isə 56-cı dəqiqədə əvəzlənib.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo"nun qonağı olub. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Hesabı meydan sahibləri açıb. Polşa çempionu bərabərlik qolunu matçın sonlarında qolunu vurub. Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə əvəzlənib.
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlara yekun vurulacaq. İkinci oyun günündə daha üç qarşılaşma baş tutacaq
Türkiyənin "Qalatasaray" klubu Niderland PSV-sini qəbul edib. Komandalar arasındakı ilk matçda "Qalatasaray" 1:5 hesabıyla darmadağın olmuşdu. Cavab görüşündə də uduzan İstanbul klubu ÇL-də mübarizəni dayandırıb.
Finlandiyanın HİK komandası isə İsveç "Malmö"sünü sınağa çəkib. Dörd qolun qeydə alındığı cavab görüşündən sonra "Malmö" ÇL-də mübarizəni davam etdirmək hüququ qazanıb. HİK isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" - "Olimpiakos" (Yunanıstan) cütünün uduzanı ilə qarşılaşacaq.
Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. İlk oyunda da 2:1 üstün olan Polşa çempionu ÇL-də 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.
"Neftçi"nin yarımmüdafiəçisi Sabir Buqrin UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Olimpiakos"a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.