"Qarabağ"la ilk oyunda əsas məqsəd qol buraxmamaqdı. Belədə səfərə daha ümidli yollanmaq olar". Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un yarımmüdafiəçisi Ceymi Makqart deyib

Klubun rəsmi saytına açıqlama verən 23 yaşlı hücumameyilli oyunçu çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyunu dəyərləndirib.

Makqart Azərbaycan çempionunu hərtərəfli tanıdıqlarını söyləyib: "Qarabağ"la oyunun hazırlıqlarını yüksək səviyyədə davam etdiririk. Bugünkü plan video izləmək və trenajor zalında məşq etməkdən ibarətdi. "Qarabağ"ı artıq təhlil etmişik. Bu gün bir daha onları izləyəcəyik. Onlar yüksək keyfiyyətli komanda kimi görünürlər. Ancaq meydana çıxana qədər proqnoz vermək doğru olmaz. Məşqçimiz Stiv Odonnell bir neçə dəfə rəqibimizin oyununu izləyib. Bu üzdən "Qarabağ" barədə çox şey bilirik".

Gənc futbolçu I təsnifat mərhələsində "Riqa" ilə matçda olduğu kimi, "Qarabağ"la səfər görüşündə də azarkeş dəstəyinə ehtiyac duyacaqlarını vurğulayıb: "Əvvəlki mərhələdə Latviyada bizi dəstəkləyən azarkeşlər möhtəşəm idilər. özümüzü evdəki kimi hiss etdik. ümid edirəm ki, onlar "Qarabağ"la cavab görüşündə də bizi yalnız qoymayacaqlar. çünki bu, futbolçulara əlavə motivasiya verir".

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 24-də Dandolkda, cavab görüşü isə 31-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest