“Mançester Yunayted”in kapitanı Brunu Fernandeş klubun ona yeni müqavilə təklif etdiyini təsdiqləyib. Lakin portuqaliyalı yarımmüdafiəçi komandanın uğursuz nəticələrini nəzərə alaraq danışıqları təxirə salmaq qərarına gəlib.
 

Matc.az xəbər verir ki, Fernandeş bu barədə “Sky Sports”a müsahibəsində danışıb.

O, klubun özünü komandada saxlamaq istəyini yeni müqavilə təklifi ilə göstərdiyini bildirib. Futbolçu daha yüksək maaş və uzunmüddətli müqavilə tələb etməsi ilə bağlı yayılan iddiaları da təkzib edib: “Klub mənə yeni müqavilə təklif edib. Düşünürəm ki, bu, onların məni komandada saxlamaq istəyini göstərir. Hazırda heç bir danışıqlar aparılmır. Bəzi insanlar mənim daha çox pul və ya daha uzunmüddətli müqavilə istədiyimi deyirlər. Əgər daha çox pul qazanmaq istəsəydim, burada olmazdım. “Mançester Yunayted”dən daha çox maaş ala biləcəyim kluba keçmək imkanım olub. Hətta Mançesterdən daha isti yerdə oynaya bilərdim. İki-üç il əvvəl, ötən yay da getmək şansım var idi, amma hər dəfə burada qalmağı seçdim. Ötən mövsümün sonunda və bu mövsümün əvvəlində müqavilə ilə bağlı müzakirələrimiz oldu. Ancaq komandadakı və klubdakı vəziyyəti nəzərə alaraq bu məsələni sonraya saxladım. Düşünmürəm ki, hazırda nə mənim, nə də klubun müqavilə danışıqları aparması üçün münasib vaxtdır. İndi ən vacib məsələ klubun yenidən qələbə qazanmağa başlamasıdır”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest