Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Arsenal" - "Neftçi" oyunu öncəsi paytaxt təmsilçisinin baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 24-də baş tutacaq.

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Arsenal" – "Neftçi" oyunu öncəsi paytaxt təmsilçisinin baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tədbir iyulun 24-də baş tutacaq.

"Arsenal" mərkəzi stadionunun mətbuat zalında keçiriləcək konfrans Bakı vaxtı ilə 18:30-da başlayacaq. Konfransdan sonra saat 19:00-da "ağ-qaralar"ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi olacaq.

Həmin gün saat 18:00-da "Arsenal"ın bazasında rəqib komandanın jurnalistlər üçün açıq (ilk 15 dəqiqəsi) məşqi, 20:00-da isə mətbuat konfransı olacaq.

Qeyd edək ki, iyulun 25-də keçiriləcək "Arsenal" - "Neftçi" oyunu Bakı vaxtı ilə 21:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest