"Komandamıza çox yaxşı məşqçilər korpusu rəhbərlik edir. Con Gillin gəlişi ilə bu heyət daha da güclənib". Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un futbolçusu Şon Qennon deyib.

Sağ cinah müdafiəçisi İrlandiya mətbuatına açıqlamasında çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyunları dəyərləndirib.

28 yaşlı oyunçu rəqibdən çəkinmədiklərini söyləyib: "Qarabağ" yaxşı komandadı. Avrokubokların qrup mərhələlərində müntəzəm çıxış edir. Bu amil onlar üçün rekorddu. Ancaq biz də yaxşı durumdayıq və əvvəllər güclü komandaları məğlub etməyi bacarmışıq. Heç nədən çəkinmirik, meydana qələbə qazanmaq üçün çıxacağıq. Bu, klubun mentalitetidi. Avropada inkişaf etmək istəyirik. Oyuna hazırlığı yüksək səviyyədə davam etdiririk. Rəqibi daha yaxından tanıdıqdan sonra onlara qarşı necə oynayacağımızı biləcəyik. "Qarabağ"a qarşı oyun planı hazırlamaq üçün vaxtımız var".

Qennon zəngin heyətə malik olmalarını özləri üçün üstünlük sayır: "Məşqlərdə ikitərəfli oyunlarımıza baxsanız, hər iki "11-liy"in eyni gücdə olduğunu görərsiniz. Bu zarafat deyil. Hər iki heyət sanki çempionat oyununa çıxırmış kimi mübarizə aparır. Komandada rəqabət yüksək səviyyədədi. Bu da meydana çıxan futbolçuların işini asanlaşdırır. Hər mövqedə 2-3 oyunçumuz var. Əgər avrokuboklarda inkişaf etsək, ölkə çempionatında da güclü olacağıq".

Qeyd edək ki, sabah Dandolkdakı "Oriel Park" stadionunda keçiriləcək "Dandolk" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest