çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la "Dandolk" arasında keçiriləcək cavab görüşünə təyinat alan Svein Oddvar Moen kifayət qədər zəngin karyeraya malik hakimdi. Matc.az saytının məlumatına görə, 40 yaşlı referinin komandalarımızla yolu 3 dəfə kəsişib.

2005-ci ildən FIFA referisi olan norveçli ilk dəfə məhz həmin il Azərbaycan komandasının oyununu idarə edib. Belə ki, sentyabrın 2-nə təsadüf edən matç U-21-lərin AVRO-2006-nın seçmə mərhələsinə təsadüf edib. Millimiz Almaniyada yerli komandaya 0:2 hesabı ilə uduzub.

"MKT-Araz"ın 2007-08 mövsümündə UEFA Kubokunun I təsnifat mərhələsində "Qrotslin"lə səfər görüşündə də ədaləti norveçli qoruyub. Polşa təmsilçisinin 1:0 hesabı ilə qalib gəldiyi matçın 81-ci dəqiqəsində İmişli klubunun heyətində Anatoli Doroş qırmızı vərəqə alıb. Bu, həm də "MKT-Araz"ın son oyunu olmuşdu. çünki həmin qarşılaşmadan sonra klub fəaliyyətini dayandırmışdı. 2009-cu ildə yenidən yaradılan komanda yalnız bir neçə il I divizionda oynamaqla kifayətlənib.

Svein Oddvar Moenin ölkəmizə ilk səfəri 2009-cu ilə təsadüf edib. Fəaliyyətini dayandırmış daha bir klub "Bakı"nın 2009-10 mövsümündə çempionlar Liqasının III təsnifat mərhələsində "Levski" ilə ev oyununa norveçli təyin olunmuşdu. Həmin oyun qolsuz bərabərliklə tamamlanışdı.

Moen "Qarabağ"ın oyununa ilk dəfə təyinat alırsa, "Dandolk"la yolları bir dəfə kəsişib. 2016-17 mövsümündə çempionlar Liqasının pley-off mərhələsində irlandların "Legiya" ilə səfər görüşündə qalib müəyyənləşməmişdi - 1:1.

ümumiyyətlə, norveçli geridə qalan 14 il yarımlıq müddət ərzində 100-dən çox beynəlxalq oyun idarə edib. Ən böyük uğurlarından biri AVRO-2006-nın 2 qrup matçında (Ukrayna - Polşa - 0:1, Uels - Slovakiya - 2:1) fit çalması olub.

çempionlar Liqasında PSJ, "çelsi", "Arsenal", "Real", "Barselona", "Bavariya", "Mançester Siti", "Mançester Yunayted" kimi nəhənglərin oyunlarına dəfələrlə təyinat alıb. Onun, xüsusən də, "Arsenal"ın 5, "çelsi" və "Barselona"nın 4 matçını idarə etdiyini vurğulamaq olar. çL-də 2011-12 ("Bavariya" - "Marsel" - 2:0), 2012-13 ("Real" - "Qalatasaray" - 3:0), 2014-15 ("Barselona" - PSJ - 2:0) mövsümlərində 1/4 final, Avropa Liqasında isə 2014-15 mövsümündə ("Napoli" - "Dnepr" - 1:1) yarımfinal görüşündə ədalət təmsilçisi olub.

Qeyd edək ki, "Qarabağ" - "Dandolk" oyunu iyulun 31-də "Dalğa Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest