Futbol üzrə UEFA çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib. 
 
Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan "Qarabağ"ın növbəti mərhələdəki potensial rəqibləri olan APOEL ilə "Sutyeska" da bu gün üz-üzə gəlib. Monteneqroda keçirilən görüşdə Kipr təmsilçisi minimal hesabla qələbə qazanıb.
 
"Viktoriya" klubu "Olimpiakos"u, PSV isə "Bazel"i qəbul edib. Plzendəki oyunda hesab açılmayıbsa, Eyndhovendə qapılara 5 qol vurulub. Qələbəni isə meydan sahibləri bayram ediblər. 
 
Zaqreb "Dinamo"su ilə "Kopenhagen" də səfərdə inamlı qələbə qazanmaqla növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.
 
"Qarabağ" özü isə 2-ci mərhələdə "Dandalk"la (İrlandiya) qarşılaşacaq.
 
UEFA çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
23 iyul
 
Viktoriya (çexiya) – Olimpiakos (Yunanıstan) 0:0
 
Saburtalo (Gürcüstan) – Dinamo (Zaqreb, Xorvatiya) 0:2
Qol: Orsiç, 67. Petkoviç, 78-pen.
 
PSV (Holllandiya) – Bazel (İsveçrə) 3:2
Qol: Bruma, 14. Lammers, 89. Malen, 90 – Ayeti, 45. Alderete, 79.
 
TNS (Uels) – Kopenhagen (Danimarka) 0:2
Qol: Sotiriu, 18. Skov, 61-pen.
 
Sutyeska (Monteneqro) – APOEL (Kipr) 0:1
Qol: De Vinsenti, 42-pen.
 
24 iyul
 
21:00 BATE (Belarus) – Rusenborq (Norveç)
22:00 CFR Kluj (Rumıniya) – Makkabi (Təl Əviv, İsrail)
22:00 Ferentsvaroş (Macarıstan) – Valetta (Malta)
22:15 Maribor (Sloveniya) – AİK (İsveç)
22:45 Seltik (Şotlandiya) – Nımme Kalyu (Estoniya)
22:45 Dandalk (İrlandiya) – Qarabağ (Azərbaycan)
22:45 Srvena Zvezda (Serbiya) – HİK (Finlandiya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest