"Qarabağ" bu gün avrokuboklarda növbəti oyununu keçirib. Matc.az saytının məlumatına görə, Azərbaycan çempionu çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri İrlandiya təmsilçisi "Dandolk"la qarşılaşıb. Ağdam klubu ilk oyununu səfərdə keçirib.

I raundda Albaniya çempionu "Partizani"ni qol buraxmadan (0:0, 2:0) mübarizədən kənarlaşdıran "Qarabağ" bu seriyanı davam etdirmək niyyətindədi. İrlandiya çempionu isə I mərhələdə "Riqa" (Latviya) ilə hər iki oyunda qolsuz bərabərə qalmış və penaltilər seriyası ilə yoluna davam etmişdi.

Ardıcıl 5 dəfə avrokubokların qrupunda oynayan "Qarabağ" 6-cı uğuruna doğru növbəti addımı atmaq üçün İrlandiyadan sərfəli nəticə ilə dönməliydi. Qarşılaşmada hesabı açan Ağdam klubu bu üstünlüyü matçın sonlarında əldən versə də, hər halda sərfəli heç-heçəyə nail olub. Komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

 

çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

24 iyul

"Dandolk" (İrlandiya) – "Qarabağ" (Azərbaycan) 1:1
Qol: P.Hoban, 78 - M.Emreli, 4.

Hakimlər: Bartoş Frankovski, Marçin Bonyek, Yakub Vinkler, Daniel Stefanski (hamısı Polşa)
Hakim-inspektor: Peter Froydfeldt (İsveç)
UEFA nümayəndəsi: Şarl Şaak (Lüksemburq)
Dandolk. "Oriel Park" stadionu.

Dandolk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 18. Robert Benson, 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 21. Daniel Kliri, 27. Daniel Kelli, 33. Din Jarvis.
Baş məşqçi: Vinsent Pert.

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 19. Filip Ozobiç, 21. Hacıağa Hacıyev, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest