"Oyundan əvvəl konsentrasiya olunmaq barədə söhbət etdik və top meydanın mərkəzində tənzimlənməli idi. Ancaq kornerdən qol buraxdıq. Bu baxımdan kifayət qədər yaxşı deyilik və bundan dərs almalıyıq". Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un baş məşqçisi Vinni Pert deyib.

43 yaşlı mütəxəssis çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçirilən ilk oyunu (1:1) dəyərləndirib. İrlandiyalı çalışdırıcı, xüsusən də, ikinci hissədəki performanslarından məmnun qaldığını söyləyib: Oyundan əvvəl dedim ki, topa daha çox sahib olmalı və intizamlı çıxış etməliyik. Ələ düşən imkanlardan da lazımınca yararlanmalıydıq. Matçın gedişində köklü olmasa da, taktiki dəyişiklik etməli olduq. Futbolçular ikinci hissəni yaxşı keçirdilər. Onlara bir az özünəinam qazandırmağa çalışdıq. Qalib gəlməsək belə, uduzmamağa çalışdıq. Son 5 dəqiqədə qələbə üçün şanslarımız da oldu. Bəzi epizodlarda fərdi bacarığımızı ortaya qoymalı və topu rəqibdən qurtarmalı idik. İkinci hissədə biz daha güclü idik, nəticədə qol da vurduq. Bu üzdən uşaqlar özləri ilə fəxr edir".

Pert məğlubiyyəti qələbəyə çevirə bilməmələrinə üzüldüyünü söyləyib: "Qarabağ" güclü komandadı, yüksək səviyyədə Avropa futbolu sərgiləyir. Rəqibin səhvlərindən yararlanmalı idik. Ancaq deyim ki, ikinci hissədə daha sakit və rahat idik. Hətta ikinci hissədəki oyunla qələbə qazanmadığımız üçün özümüzü pis hiss edirik".

Baş məşqçi cavab görüşü ilə bağlı planlarından da söz açıb: "Qarabağ" müntəzəm avrokubokların qrup mərhələsində iştirak edən komandadı. Düşünmürəm ki, onlar cavab görüşündə taktiki planda hansısa dəyişiklik etsin. Bakıda olduqca intizamlı oyun sərgiləməliyik. Ola bilsin ki, top ayağımıza çox az dəydi. Həmin görüşə qədər formamızı qorumalıyıq. İnanıram ki, uşaqlar orda da qol vura biləcəklər".

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də "Dalğa Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest