"Çempionat matçından insanların dörd gözlə gözlədikləri avrokubok oyununa keçid edirik. Böyük xarakterə malik komandayıq. Bilirik ki, "Qarabağ"a qarşı ikiqat güc sərf etməliyik. İlk görüşdəki bərabərlik səfərə böyük ümidlə yollanmağımıza şərait yaradır".

"Sent-Patriks" üzərində qələbəyə layiq idik. Xüsusən də, ikinci hissənin ilk 10 dəqiqəsini əla keçirdik və bu, hədəfə çatdığımız dövr oldu". Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un yarımmüdafiəçisi Patrik Makeleni deyib.

İrlandiya çempionatında "Sent-Patriks" üzərində səfər qələbəsi qazanan (1:0) "Dandolk" çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq.

Qarşılaşma ilə bağlı yerli mətbuata açıqlama verən 27 yaşlı futbolçu Bakıya qələbə dalınca gələcəklərini söyləyib: "çempionat matçından insanların dörd gözlə gözlədikləri avrokubok oyununa keçid edirik. Böyük xarakterə malik komandayıq. Bilirik ki, "Qarabağ"a qarşı ikiqat güc sərf etməliyik. İlk görüşdəki bərabərlik səfərə böyük ümidlə yollanmağımıza şərait yaradır. Bakıdakı qarşılaşmanı səbirsizliklə gözləyirik. Məqsədimiz qələbə qazanmaq və mərhələ adlamaqdı".

Qeyd edək ki, "Qarabağ"la "Dandolk" arasında cavab oyunu iyulun 31-də "Dalğa Arena"da keçiriləcək. İrlandiyadakı ilk görüşdə qollu bərabərlik (1:1) qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest