Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Dundalk" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov sabah "Azərsun Arena"nın mətbuat zalında media mənsublarının önünə çıxacaq.

çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Dundalk" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Matc.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov sabah "Azərsun Arena"nın mətbuat zalında media mənsublarının önünə çıxacaq.

Qurbanovun konfransı saat 18:15-da başlayacaq. Komandanın son məşqi bundan 15 dəqiqə sonra Suraxanı qəsəbəsində yerləşən bazada baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Dundalk"ın baş məşqçisi isə saat 19:30-da "Dalğa Arena"nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İrlandiya təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest