"Qarabağ" və "Neftçi"nin avrokubok çərçivəsində ev oyunu canlı yayımlanacaq. Matc.az saytı xəbər verir ki, CBC Sport telekanalı II təsnifat mərhələsi çərçivəsində cavab görüşlərini azarkeşlərə canlı təqdim edəcək.

Futbolsevərlər televiziya qarşısında iyulun 31-də çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın "Dandolk"la, ertəsi gün isə Avropa Liqasının II raundunda "Neftçi"nin "Arsenal"la cavab matçını izləyə biləcəklər.

"Qarabağ" rəqini "Dalğa Arena", "Neftçi" isə "Bakcell Arena"da qəbul edəcək. Hər iki görüş 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest