Bəxtsiz zədələnmə oldu. Mövsümün açılış oyununda ayağından zədələndiyi eyni nöqtədə yenidən zədə aldı. Ona dedim ki, öləndə küllərini ora yayacağıq. Bensonu 7 saatlıq səfərə gətirməyin mənası yox idi".

çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu üçün Bakıya gələn "Dandolk"un planlarında dəyişiklik olub. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Robbi Benson son anda heyətdən çıxarılıb.

Məşqçilər korpusu ötən həftə baş tutan ilk qarşılaşmada qabırğasından xəsarət alan 27 yaşlı futbolçunu əvvəlcə heyətə daxil etmişdi. Lakin sonradan Bensonun İrlandiyada qalması qərara alınıb.

İrlandiya çempionunun məşqçisi Con Gill bunu uzun səfərlə əlaqələndirib: "Bəxtsiz zədələnmə oldu. Mövsümün açılış oyununda ayağından zədələndiyi eyni nöqtədə yenidən zədə aldı. Ona dedim ki, öləndə küllərini ora yayacağıq. Bensonu 7 saatlıq səfərə gətirməyin mənası yox idi. 3 saatlıq yol olsaydı, fərqli qərar verə bilərdik. ümid edirəm ki, gələn həftə komandaya qoşular".

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək "Qarabağ"- "Dandolk" oyunu saat 21:00-da başlayacaq. İrlandiyadakı ilk qarşılaşmada 1:1 hesabı qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest