"çox vacib oyuna hazırlaşırıq". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionu çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah "Dandolk"u qəbul edəcək.

Oyunöncəsi mətbuat konfransında Qurbanov ilk görüşdəki 1:1 hesablı bərabərlikdən sonra cavab matçına ciddi hazırlaşdıqlarını söyləyib: "Cavab görüşü həmişə bizi daha diqqətli olmağa məcbur edir. Xüsusən də, belə rəqiblərə qarşı. Hər iki komanda düşündüyüm qədər istəklidi. Nə qədər çətin olsa da, hamını sabah maraqlı oyun gözləyəcək. çalışacağıq baxımlı oyun göstərək və uğurlu nəticə qazanaq".

- Zədəlilərin son durumu necədi?
- Son durumları heç də yaxşı deyil. Bədavi Hüseynov hətta fərdi məşqlərə də başlamayıb. Başlamışdı, ancaq sonra yenidən müayinəyə ehtiyac oldu. Həkimlər riskə getmək istəmədilər. Dünən qərar verdik ki, daha 4-5 gün müayinə olunsun. Digərləri 100 faiz hazır olmasalar da, komanda ilə məşqlərdə iştirak edirlər. Onlarda hər şey yaxşılığa doğru gedir.

- Faysal və Qeyenin meydana çıxmaq ehtimalı nə qədərdi?
- Optimal formalarından hələ uzaqdılar. Ən azı birinin "18-lik"də olmaq şansı var. Start heyətində olmayacaqlar.

- "Dandolk"un ilk oyundakı çıxışına əsasən taktikada hansısa dəyişiklik etməyi düşünürsünüzmü?
- Bütün rəqiblərə qarşı hər hansı bir dəyişiklik olur. çalışmışıq öz oyun üslubumuzu qoruyaq və yaxşılaşdıraq. Rəqibin istədiklərini yerinə yetirməsinin qarşısını almalıyıq. Təbii ki, hardasa səhvlər olur, gecikmələr yaranır. Rəqibi kollektiv şəkildə analiz etmişik. öz oyunumuzu göstərmək və yaxşılaşdırmaq fikrindəyik.

- İrlandiya millisinin baş məşqçisi bildirib ki, "Qarabağ" əsəbi oynayacaq...
- İnşallah, əsəbiləşmərik. Futbolun nə demək olduğunu bilirik. Bir az aqressiv olmaq lazımdı. Futbolçularda arzu, istək görmək istəyirik. Belə oyunlarda təmkinli olmalıyıq. Futbolçularda idman prinsiplərinə görə əsəbiləşmək xarakteri var.

- Sizcə, "Neftçi" "Arsenal" səddini keçə bilərmi?
- İnşallah, keçər. ölkə reytinqi üçün xallara ehtiyacımız var. Keçmək bir tərəfə, hətta qələbə ilə keçmək ölkəmizə əlavə xal verir. Həm "Neftçi", həm də "Qəbələyə" uğurlar arzulayıram.

- İspaniya mətbuatı "Estremadura" və "Malaqa"nın Mahir Emreli ilə maraqlandığını yazıb. Bu, nə dərəcədə doğrudu?
- Hazırda oyuna hazırlaşırıq. Matçdan sonra bütün suallara cavab vermək olar.

- Növbəti mərhələdəki potensial rəqib barədə nə düşünürsünüz?
- Hamımızın düşüncəsi sabahkı oyundu. Niyyətimiz sabah qələbə qazanmaq və bu turnirdə davam etməkdi. Bu yarışa qoşulmuşuqsa, düşüncəmiz mübarizəni davam etdirməkdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest