"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Azərbaycan çempionu III raund səddini də aşacağı təqdirdə, səpələnməmişlər sırasında qərarlaşacaq.

"Qarabağ"ın çempionlar Liqasının (çL) pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Matc.az saytının məlumatına görə, Azərbaycan çempionu III raund səddini də aşacağı təqdirdə, səpələnməmişlər sırasında qərarlaşacaq.

Belə ki, Ağdam təmsilçisi Kipr APOEL-ini üstələyərsə, qrup mərhələsinin astanasında daha güclü komanda ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələrinin potensial rəqibləri çFR (Rumıniya) – "Seltik" (Şotlandiya), PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya), "Dinamo" (Xorvatiya) – "Ferensvaroş" (Macarstan) və "Srvena Zvezda" (Serbiya) – "Kopenhagen" (Danimarka) cütlərinin qalibləri olacaq.

Qeyd edək ki, çempionlar Liqasında pley-off mərhələsinin püşkü avqustun 5-də atılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest