"Nəticəyə görə təəssüf edirəm. Ancaq çox yaxşı təcrübə topladıq". Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un futbolçusu Daniel Kelli deyib.

çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın qonağı olan İrlandiya çempionu 0:3 hesabı ilə məğlub olaraq, turnirdən kənarlaşdırılıb. Qarşılaşma ilə bağlı yerli mətbuata açıqlama verən Kelli Azərbaycan çempionunun onlardan güclü olduğunu etiraf edib: "İlk matçdakı nəticədən sonra Bakıda uzun müddət mübarizənin içində olduq. Qarşılaşmanın ilk dəqiqələrində hava çox isti idi və bu, futbolçularımızı narahat edirdi. İkinci hissədə vəziyyəti yaxşılaşdıracağımızı düşünürdüm. Ancaq rəqib buna imkan vermədi. Qəbul etməli olduğumuz nəticədi".

Matçın son 10 dəqiqəsində iştirak edən 23 yaşlı forvard "Qarabağ"ın qrupa qədər irəliləyəcəyini düşünür. O, həmçinin Avropa Liqasının III təsnifat mərhələsində "Slovan" önündə şanslarını da dəyərləndirib: "Məncə, "Qarabağ" çempionlar Liqasının qrupuna düşəcək. Biz isə bundan sonra Avropa Liqasındakı mübarizəyə köklənməliyik. Gələn həftənin əvvəlləri Slovakiyaya gedəcəyik. "Slovan"la oyunlar öncəsi optimist və realistəm. Avropa Liqasının qrup mərhələsinə düşmək şansımız hələ də davam edir".

Qeyd edək ki, həm çempionlar Liqası, həm də Avropa Liqasında III mərhələyə gələn həftə start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest