"Qarabağ"ın çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə keçirəcəyi hər iki görüşün başlama vaxtı və məkanı müəyyənləşib. Matc.az saytı xəbər verir ki, UEFA gələn həftə start veriləcək III raundun görüşlərinin saatlarını açıqlayıb.

Avqustun 6-da Nikosiada keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə 21:00-da səslənəcək. Cavab oyunu ayın 13-nə təyin edilib. İlk iki mərhələnin matçlarını "Dalğa Arena"da keçirən "Qarabağ" APOEL-i Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. Həmin qarşılaşma isə 20:30-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" ilk iki mərhələdə "Partizani" və "Dandolk"u mübarizədən kənarlaşdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest