çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə "Qarabağ" arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı Kipr klubu rəsmi saytı vasitəsilə yayıb.

Bu gündən satışa çıxarılan biletlərin qiymətləri tribunalara görə 1, 5, 7, 10 və 15 avro arasında dəyişir. Biletlər yalnız 14 yaşdan yuxarı şəxslərə satılır. Azarkeşlər biletləri həm onlayn şəkildə, həm də kassalardan əldə edə bilərlər.

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı avqustun 6-da Nikosiyadakı QSP stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest