"Qarabağ"ın çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi APOEL heyətini gücləndirib. Matc.az xəbər verir ki, bu barədə məlumatı Kipr mətbuatı yayıb.

Bildirilir ki, Nikosiya təmsilçisi daha bir iordaniyalı futbolçunu transfer edib. Belə ki, "Əl-Faysali" klubunun yarımmüdafiəçisi Omar Hani bundan sonra APOEL-in şərəfini qoruyacaq. Hani yeni komandasının formasında şəklini də artıq sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, APOEL-lə "Qarabağ" arasında oyunlar avqustun 6-da və 13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest