"Bakı səfərinin cansıxıcı olacağını bilirdik. Nəticədə "Qarabağ" əsl səviyyəsini ortaya qoydu və lazımi qələbəni qazandı. Onlar daha güclü və keyfiyyətli komanda olduqlarını ortaya qoydular"

"Oyunlardan əvvəl məğlubiyyəti qorxusu ilə meydana çıxmırıq və bu barədə düşünmürük". Matc.az saytının məlumatına görə, bunu "Dandolk"un futbolçusu Daniel Kleri deyib.

çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la qarşılaşan İrlandiya çempionu Bakıda 0:3 hesabı ilə məğlub olaraq, Avropa Liqasına yuvarlanıb.

Yerli mətbuata açıqlamasında oyunu dəyərləndirən Kleri yenilgini rəqibin gücü ilə əlaqələndirib. 23 yaşlı mərkəz müdafiəçisi "Dandolk"un da gələcəkdə "Qarabağ" kimi olacağına inanır: "Bakı səfərinin cansıxıcı olacağını bilirdik. Nəticədə "Qarabağ" əsl səviyyəsini ortaya qoydu və lazımi qələbəni qazandı. Onlar daha güclü və keyfiyyətli komanda olduqlarını ortaya qoydular. Biz də bu səviyyəyə yüksəlməliyik. "Qarabağ" kimi rəqiblərlə matçlar bizim üçün böyük oyunlardı. öz səviyyəmizi göstərmək istəyirik. "Dandolk"un "Qarabağ" kimi komanda olmaq potensialı var. İrlandiya futbolu üçün növbəti addımı atmaq istəyirik. Hələ də bir az geri qalırıq. Düşünürəm ki, yaxın bir neçə ildə mütləq bizim də belə komandamız olacaq".

Qeyd edək ki, "Dandolk" mübarizəni Avropa Liqasında davam etdirəcək. İrlandlar III təsnifat mərhələsində "Slovan"la (Slovakiya) qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest