Futbol üzrə Azərbaycan çempionu "Qarabağ" UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə (Kipr) oyunlar üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi 25 futbolçu sifariş verib.
 
Heyətdə 4 qapıçı, 7 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçu yer alıb.
 
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev, Məmməd Hüseynov;
 
Müdafiəçilər: Aylton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Rerrars Faysal;
 
Yarımmmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı, Tural Bayramov;
 
Hücumçular: Mahir Emreli, Maqaye Qeye.
 
Qeyd edək ki,  "Qarabağ" APOEL-lə avqustun 6-da səfərdə, 13-də isə Bakıda qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest