"Qarabağ" UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda səfərdə APOEL-lə (Kipr) qarşılaşacaq. Matc.az "Qarabağ"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun sabah – avqustun 5-də, Bakı vaxtıyla saat 20:15-də mətbuat konfransı keçiriləcək. 
 
Komandanın son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi GSP stadionunda olacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 
Avqsutun 6-da keçiriləcək APOEL – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest