UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində avqustun 6-da APOEL-lə qarşılaşacaq "Qarabağ" Kiprə yollanıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi təxminən bir saat öncə çarter reysi ilə Bakıdan Larnaka şəhərinə yola düşüb. 
 
Təyyarənin uçuşdan 3 saat sonra – Kipr vaxtı ilə 19:30-da eniş etməsi gözlənilir.
 
Sabah yerli vaxtla saat 19:15-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 19:30-da isə komandanın oyunun keçiriləcəyi Nikosiya stadionunda məşqi nəzərdə tutulub.
 
Avqustun 6-da keçiriləcək APOEL - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 21.00-da start veriləcək. Oyundan dərhal sonra isə komanda Bakıya qayıdacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest