Bu gün çempionlar Liqasında pley-off mərələsinin püşkü atılacaq. Matc.az saytının məlumatına görə, qrupa qədər irəliləməkdə əsas favoritlər arasında göstərilən "Seltik" indidən pley-off barədə düşünür.

Məsələ burasındadı ki, Qlazqo təmsilçisi III təsnifat mərhələsində Rumıniya çFR-i ilə qarşılaşmasına baxmayaraq, mərhələ adlayacağına əmindi. Hətta potensial rəqiblərlə bağlı sorğu da keçirilib. Belə ki, yerli azarkeşlər arasında aparılan sorğuda "pley-off mərhələsində hansı rəqibi istəyirsiniz" sualı səslənib.

Britaniyalıların ən çox arzuladığı komanda "Rusenborq" olub. Norveç klubunu istəyən respondent sayı 250-di (54%). İkinci arzulanan komanda "Maribor" 13% səs toplayıb. III raunddakı APOEL - "Qarabağ" cütlüyü növbəti yerləri bölüşür. Şotlandlar Azərbaycan çempionundansa, kiprlilərlə düşməyi üstün tuturlar. Belə ki, APOEL 12, "Qarabağ" isə 10 faiz (48 nəfər) səs yığıb. Pley-offda rəqiblərini gözləyən "Yanq Boyz" və "Slaviya"nı Şotlandiya çempionu rəqib qismində görmək istəmir. çünki bu komandalar müvafiq olaraq 5 və 6% səs toplayıblar.

Qeyd edək ki, çempionlar Liqasında pley-off mərhələsinin püşkü bu gün atılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest