"Hər iki komandanın hazırkı durumu barədə dəqiq məlumatım yoxdu. Klubların mərhələ adlamaq şanslarını yarı-yarıya görürəm. Maraqla gözlənilən iki böyük oyun olacaq. Çempionlar Liqasının qrupunda oynamaq istəyən hər iki komanda pley-offa yüksəlmək niyyətindədi".

"Qarabağ"ı çox yaxşı tanıyıram. Həmçinin APOEL-in necə komanda olduğunu bilirəm". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu deyib.

Hazırda çinin "çjeçzyan Qrintaun" klubunun şərəfini qoruyan cənubi afrikalı forvard Kipr mətbuatına açıqlamasında çempionlar Liqasının III təsnifat mərhələsindəki "Qarabağ" - APOEL cütlüyünün şanslarını dəyərləndirib.

Vaxtilə Kiprdə "Anortosis"in formasını geyinmiş Ndlovu cütlükdə heç kimi favorit saymayıb: "Hər iki komandanın hazırkı durumu barədə dəqiq məlumatım yoxdu. Klubların mərhələ adlamaq şanslarını yarı-yarıya görürəm. Maraqla gözlənilən iki böyük oyun olacaq. çempionlar Liqasının qrupunda oynamaq istəyən hər iki komanda pley-offa yüksəlmək niyyətindədi. "Qarabağ"la çempionlar Liqasının qrupunda iştirak etmişəm. Əminəm ki, azərbaycanlılar eyni sevinci yenidən yaşamaq istəyirlər. "Qarabağ"ın azarkeşləri əsl fanatdı və onların komandaya böyük köməyi dəyir".

Qeyd edək ki, bu komandalar arasında ilk oyun sabah Nikosiyada, cavab görüşü isə avqustun 13-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest