Bu gün futbol üzrə UEFA çempionlar Liqasının III təsnifat mərhələsinə start verilib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" da növbəti matçına çıxıb.
 
Qurban Qurbanovun çalışdırdığı kollektiv səfərdə Kipr APOEL-i ilə üz-üzə gəlib. Ağdam klubu bir həftə sonra Bakıda baş tutacaq cavab oyunu öncəsi səfərdən sərfəli nəticə ilə qayıtmağı hədəfləmişdi. Təmsilçimiz bu istəyinə qələbə ilə nail olub.
 
Qeyd edək ki, "Qarabağ" Kipr təmsilçisini mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyunda 2:2 hesabı qeydə alınıb.
 
UEFA çempionlar Liqası
III təsnifat mərhələsi
6 avqust
 
APOEL - Qarabağ 1:2
Qol: G.Merkis, 90+5 - M.Emreli, 54. M.Qeye, 69.
Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (hamısı İtaliya).
Nikosiya. GSP stadionu.
 
APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoğlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praksitelis Vuros, 30. Giorgos Merkis, 44. Nikolas Yannu, 70. Antonio Yakoliş, 91. Draqan Mixayloviç. 
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 13. Kevin Lyafrans, 71. Andre Vidiqal, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Paolo Trametsani.

Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest