çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı qəbul edəcək APOEL-in təxmini "11-liy"i müəyyənləşib. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, baş məşqçi Paolo Trametsanini 2 oyunçunun durumu narahat edir.

Belə ki, Musa əl-Taamari və Vuyadin Saviçin meydana çıxıb-çıxmayacağı bəlli deyil. Hər iki oyunçu dünənki məşqi buraxmasına baxmayaraq, italiyalı mütəxəssis onların xidmətindən yararlanmaq niyyətindədi.

çərçivəni rusiyalı qolkiper Vid Belets qoruyacaq. üçlü müdafiə sistemindən yararlanmağı düşünən baş məşqçi Praxitelis Vuros-Nikolas Yannou-Vuyadin Saviç "trio"suna güvənəcək. Əgər Saviçi oyuna yetişdirmək mümkün olmasa, onu Kevin Lafrans əvəz edəcək. Draqan Mixayloviçlə Antonio Yakoliş cinahlarda həm müdafiəçi, həm də yarımmüdafiəçi funksiyasını yerinə yetirəcəklər.

Savvas Gentsoğlu və Lukas Souza orta sahədə qərar tutacaq. Əgər Musa əl-Taamari ilk dəqiqələrdən oynamağa hazır olsa, o zaman Souza ehtiyatda oturacaq. Onların önündə Uroş Matiç pleymeyker vəzifəsini icra edəcək. 3-5-2 sisteminin ön xəttində isə Tomaş de Vinsenti və Andriya Pavloviç qol axtarışında olacaq.

Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda keçiriləcək APOEL - "Qarabağ" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest