Baş məşqçi Qurban Qurbanov onu 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmanın 68-ci dəqiqəsində meydana buraxıb. Bundan 1 dəqiqə sonra isə Qeye Abdulla Zubirin məhsuldar ötürməsini qola çevirib.

"Qarabağ"ın yeni transferi Maqaye Qeye Ağdam klubunda rəsmən debüt edib. Matc.az xəbər verir ki, Fransada anadan olan seneqallı futbolçu bu gün keçirilən UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin Kipr APOEL-i ilə səfər oyununda meydana çıxıb.
 
Baş məşqçi Qurban Qurbanov onu 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmanın 68-ci dəqiqəsində meydana buraxıb. Bundan 1 dəqiqə sonra isə Qeye Abdulla Zubirin məhsuldar ötürməsini qola çevirib.
 
Hazırda "Qarabağ" 2:0 hesabıyla öndədi.

Qeyd edək ki, Qeye Türkiyənin "Osmanlıspor" klubundan transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest