Bu gün çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib. 

Azərbaycanın turnirdə yeganə təmsilçisi olan "Qarabağ" da bu gün növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Kiprin APOEL klubu ilə qarşılaşıb və meydanı qələbə ilə tərk edib.

çempionlar Liqasının son yarımfinalçısı olan "Ayaks" səfərdə Yunanıstan PAOK-u ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib. "Qarabağ" APOEL səddini keçsə, pley-off mərhələsində bu cütün qalibi ilə qarşılaşacaq.

UEFA çempionlar Liqası
III təsnifat mərhələsinin ilk oyunları

6 avqust

APOEL (Kipr) – Qarabağ (Azərbaycan) 1:2
Qol: Merkis, 90+5 – Emreli, 54. Qeye, 69.

PAOK (Yunanıstan) – Ayaks (Hollandiya) 2:2
Qol: Akpom, 32. Matoş, 39 – Ziyex, 10. Huntelaar, 57.

Dinamo (Zaqreb, Xorvatiya) – Ferentsvaroş (Macarıstan) 1:1
Qol: Olmo, 7 – Siqer, 60.

Brügge (Belçika) – Dinamo (Kiyev, Ukrayna) 1:0
Qol: Vanaken, 37-pen.

Srvena Zvezda (Serbiya) – Kopenhagen (Danimarka) 1:1
Qol: Pavkov, 44 – Vind, 84-pen.

7 avqust

21:00 Krasnodar (Rusiya) – Portu (Portuqaliya)
21:45 Başakşəhər (Türkiyə) – Olimpiakos (Yunanıstan)
22:00 Bazel (İsveçrə) – LASK (Avstriya)
22:00 çFR (Rumıniya) – Seltik (Şotlandiya)
22:15 Maribor (Sloveniya) – Rusenborq (Norveç)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest