"Rəqib müdafiədə çox etibarlı idi, bizə şans yaratmaq imkanı vermirdi. Son dəqiqələrdə meydana daxil olsam da, fərqlənə bilərdim. Ancaq zərbə anında qapını görə bilmirdim. Uduzmağımıza baxmayaraq, ümidimizi itirmirik".

"Qarabağ"ın əks-hücumdan təhlükəli komanda olduğunu bilirdik. Bu baxımdan onlara meydanda daha geniş sahə buraxacağımız bəlli idi". Matc.az saytının məlumatına görə, bunu APOEL-in hücumçusu Linus Hallenius deyib.

çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı qəbul edən Kipr klubu öz meydanında 1:2 hesabı ilə məğlub olub. Oyunla bağlı yerli mətbuata açıqlama verən isveçli forvard hələ də şanslarının davam etdiyini söyləyib: "Rəqib müdafiədə çox etibarlı idi, bizə şans yaratmaq imkanı vermirdi. Son dəqiqələrdə meydana daxil olsam da, fərqlənə bilərdim. Ancaq zərbə anında qapını görə bilmirdim. Uduzmağımıza baxmayaraq, ümidimizi itirmirik. İnam hələ də var. Bakıya gedib, orda qollar vurmalı və eyni zamanda buraxmamalıyıq. Bunun üçün hücumda daha kəsərli olmalıyıq".

Qeyd edək ki, cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest