"Üzərində çalışmalı olduğumuz çox şey var. Düzdü, ilk görüşdə qalib gələ bilmədik. Ancaq mərhələ keçmək üçün cavab matçında sona qədər döyüşəcəyik. 95-ci dəqiqədə vurduğumuz qolu orda da təkrarlamalıyıq".

"Səhvlərimizdən dərs götürməliyik". Matc.az xəbər verir ki, bunu APOEL-in futbolçusu Andre Vidiqal deyib.

Portuqaliyalı vinger yerli mətbuata açıqlamasında çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçirilən ilk oyunu dəyərləndirib. 21 yaşlı ön xətt oyunçusu 1:2 hesablı məğlubiyyətə baxmayaraq, təslim olmadıqlarını bildirib: "üzərində çalışmalı olduğumuz çox şey var. Düzdü, ilk görüşdə qalib gələ bilmədik. Ancaq mərhələ keçmək üçün cavab matçında sona qədər döyüşəcəyik. 95-ci dəqiqədə vurduğumuz qolu orda da təkrarlamalıyıq. Bu, bizim komandadı və son dəqiqəyə qədər mübarizə aparırıq".

Qeyd edək ki, cavab görüşü avqustun 13-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest