"Qarabağ"ın çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi "Ayaks" ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Amsterdam klubunun hücumçusu Kasper Dolberq zədələnib.

çempionlar Liqasının III təsnifat mərhələsinin PAOK-la ilk görüşün 33-cü dəqiqəsində xəsarət alan Danimarka millisinin üzvü Klas-Yan Huntalarla əvəzlənmişdi. Dolberqin zədəsi ilə bağlı dəqiq diaqnoz tibbi müayinədən sonra qoyulacaq.

Qeyd edək ki, PAOK - "Ayaks" oyunu 2:2 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest