çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan APOEL yoxlama görüşündə qüvvəsini sınayıb. Matc.az saytı xəbər verir ki, Nikosiya klubu ikinci liqa təmsilçisi "Ayia Napa" ilə üz-üzə gəlib.

Baş məşqçi Paolo Trametsani "Qarabağ"la ilk oyunda iştirak etməyən futbolçuları sınaqdan keçirib. Görüş 2:2 hesabı ilə nəticələnib. APOEL-in heyətində Lukas Souza və Efstatios Aloneftis fərqlənib.

Qeyd edək ki, APOEL ilk oyunda evdə "Qarabağ"la 1:2 hesabı ilə yenilib. Cavab matçı avqustun 13-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest