Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan APOEL-də növbəti itki baş verib. Yarımmüdafiəçi Alef dos Santos sıradan çıxıb. Braziliyalı futbolçu dünən ikinci liqa təmsilçisi "Ayia Napa" ilə keçirilən yoxlama görüşündə zədələnib.

çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi  olan APOEL-də növbəti itki baş verib. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Alef dos Santos sıradan çıxıb.

Braziliyalı futbolçu dünən ikinci liqa təmsilçisi "Ayia Napa" ilə keçirilən yoxlama görüşündə zədələnib. 24 yaşlı oyunçunun zədəsi ciddi olmasa da, "Qarabağ"la cavab matçını buraxacağı dəqiqdi.

Bundan başqa, mərkəz müdafiəçisi Vuyadin Saviç komandanın son məşqinə qatılmayıb. Serbiyalı oyunçu qarın nahiyəsində ağrılar hiss edib.

Qeyd edək ki, "Qarabağ"la APOEL arasında cavab görüşü avqustun 13-də Bakıda keçiriləcək. Nikosiyadakı ilk qarşılaşmada təmsilçimiz 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest