APOEL-in yarımmüdafiəçisi Uroş Matiç sosial şəbəkə vasitəsilə paylaşım edib. Serbiyalı futbolçu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək cavab qarşılaşması barədə yazıb.

APOEL-in yarımmüdafiəçisi Uroş Matiç sosial şəbəkə vasitəsilə paylaşım edib. Matc.az saytı xəbər verir ki, serbiyalı futbolçu çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək cavab qarşılaşması barədə yazıb.

29 yaşlı oyunçu öz meydanlarındakı məğlubiyyətə (1:2) baxmayaraq, Bakıya ümidli yollanacaqlarını vurğulayıb. "Mançester Yunayted"də çıxış edən Nemanya Matiçin qardaşı olan Uroş paylaşımında hələ də mərhələ adlamaq ümidini itirmədiklərini vurğulayıb: "Təslim olmaq? Biz xəyalımızın dalınca gedirik. Qələbə və növbəti mərhələ ümidimizi itirmirik".

Qeyd edək ki, "Qarabağ" - APOEL görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest