Bu gün Şahmat Olimpiadasında X turun qarşılaşmaları keçirilir. Matç.az saytı xəbər verir ki, Gürcüstanın Batumi şəhərində mübarizə aparan kişi və qadınlardan ibarət Azərbaycan yığmaları da növbəti sınağına çıxıb.

Uğursuzluqları sıralayan kişilərdən ibarət millimiz Ukrayna ilə görüşüb. Millimiz yenə uduzub və mükafatçılar sırasına düşmək şansını itirib.

Kişilərlə müqayisədə daha yaxşı çıxış edən xanım zəka sahiblərimiz isə Ermənistanla qarşılaşıb. Millimiz prinsipial dueldən bərabərliklə ayrılıb – 2:2.

Qeyd edək ki, sonuncu turun qarşılaşmaları sabah keçiriləcək.

Şahmat Olimpiadası

X tur

Kişilər

Azərbaycan – Ukrayna - 1,5:2,5

Şəhriyar Məmmədyarov (2820) – Vasili İvançuk (2710) - 0,5:0,5

Teymur Rəcəbov (2751) – Pavel Elyanov (2703) - 0,5:0,5

Arkadi Naydiç (2721) – Yuri Krivoruçko (2695) – 0:1

Rauf Məmmədov (2699) – Ruslan Ponomaryov (2681) - 0,5:0,5

9 turdan sonra ilk "onluq": Polşa – 16, ABŞ, çin, Ermənistan, İngiltərə - 15, Fransa, Rusiya, Almaniya, Xorvatiya – 14, Azərbaycan – 13

Qadınlar

Azərbaycan – Ermənistan - 2:2

Günay Məmmədzadə (2438) – Elina Danielyan (2409) - 0,5:0,5

Zeynəb Məmmədyarova (2358) – Lilit Mkrtıçyan (2384) - 0,5:0,5

Xanım Balacayeva (2326) – Anna Sarqsyan (2331) - 0,5:0,5

Gülnar Məmmədova (2355) – Mariya Kursova (2289) - 0,5:0,5

9 turdan sonra ilk "onluq": çin – 16, Ukrayna, Ermənistan, ABŞ – 15, Rusiya, Azərbaycan, Gürcüstan-1 – 14, Macarıstan, Qazaxıstan, Vyetnam - 13

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest