APOEL-in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Klub rəsmi saytı vasitəsilə yeni çalışdırıcını təqdim edib. Rəhbərlik öncədən də gözlənildiyi kimi, Tomas Dolla anlaşıb. Almaniyalı mütəxəssis Nikosiya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

APOEL-in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə yeni çalışdırıcını təqdim edib.

Rəhbərlik öncədən də gözlənildiyi kimi, Tomas Dolla anlaşıb. Almaniyalı mütəxəssis Nikosiya təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Bu da o deməkdi ki, APOEL-i çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la cavab oyununa Doll çıxaracaq.

Nikosiyada baş tutan ilk qarşılaşmada Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb. Məhz həmin məğlubiyyətə görə, kiprlilər italiyalı baş məşqçi Paolo Trametsanini istefaya göndərmişdi.

Qeyd edək ki, "Qarabağ"la APOEL arasında cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest