Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. Matc.az saytının məlumatına görə, o, çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iş başında olacaq.

Belə ki, Əliyar avqustun 13-də Avstriyada keçiriləcək LASK – "Bazel" (İsveçrə) qarşılaşmanı idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest